Home » İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında Memorandum imzalanıb

İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında Memorandum imzalanıb

by Aytac
0 comments 0 views 1 minutes read

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında  Anlaşma Memorandumu” imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəd Azərbaycan və Latviya vergi orqanları arasında məlumat mübadiləsinin  daha səmərəli və effektiv təşkili, vergi sahəsində təcrübə mübadiləsi kimi məsələləri nəzərdə tutur.

Memoranduma əsasən tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.