Home » İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın avqustun 5-də növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtının müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb.

Seçki Komissiyasının qərarına əsasən, İctimai şuraya seçkilər 21 avqust 2021-ci il tarixində saat 12:00-dan 14:00-dək “İqtisadi Elmi Tədqiqat İnstitutu”nun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-dək təmsilçiləri (1 nəfər olmaqla) haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) ictimaishura@economy.gov.az elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.