Home » İqtisadiyyat Nazirliyində AYİB-in Türkiyə və Cənubi Qafqaz üzrə idarəedici direktoru ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində AYİB-in Türkiyə və Cənubi Qafqaz üzrə idarəedici direktoru ilə görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

AYİB-in Azərbaycanda dövlət – özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə və Qafqaz üzrə AYİB-in yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşüb, fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.

Tərəflər AYİB-in Azərbaycanda dövlət – özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələləri, eləcə də COP29 çərçivəsində AYİB ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.