Home » İqtisadiyyat Nazirliyində “Data Governance” layihəsinin icrasına başlanılıb

İqtisadiyyat Nazirliyində “Data Governance” layihəsinin icrasına başlanılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Data Governance” istehsal olunan məlumatların keyfiyyətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi və mübadiləsinin genişləndirilməsi baxımından əlverişli platformadır.

İqtisadiyyat Nazirliyində “Elektron hökumət”in tələblərinə uyğun olaraq, G2G (dövlət qurumlarının daxili biznes proseslərinin rəqəmsallaşdırılması və dövlət qurumları arasında elektron məlumat mübadiləsinin yaradılması), G2B (dövlət qurumları ilə biznes sektoru arasında elektron məlumat mübadiləsinin təşkili), G2C (dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin elektron platforması) istiqamətləri üzrə göstərilən xidmətlərin tam olaraq rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir.

Bu istiqamətlər üzrə keyfiyyətli, dayanıqlı və əlçatan xidmətlərin təşkili məqsədilə reallaşdırılan rəqəmsal layihələrin davamı olaraq, “Data Governance” (Məlumat İdarəetməsi) layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi Nazirliyin fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər zamanı məlumatların idarə edilməsi və etibarlılığı üçün həllər toplusunun formalaşdırılmasıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.