Home » İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib

by Aytac
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyənin “Limak Group” şirkəti ilə dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin aparıcı infrastruktur və tikinti şirkətlərindən olan “Limak Group”un fəxri prezidenti Nihat Özdemirlə görüşüb.

Görüşdə Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti, Ələt Azad İqtisadi Zonası və işğaldan azad olunmuş ərazilərdə geniş əməkaşlıq imkanları, ölkəmizdə həyata keçirilən strateji layihələr, eləcə də özəl sektorun inkişafı üçün tətbiq olunan dəstək mexanizmləri barədə məlumat verilib.

Tərəflər infrastrukturun inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq və müvafiq sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi perpsektivlərini nəzərdən keçiriblər. Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.