Home » İRİA “Digital Azerbaijan” brendini təqdim edib

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

“Inmerge İnnovasiya Sammiti” çərçivəsində çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva yeni “Digital.Azerbaijan” brendini təqdim edib.

Təqdimatda bildirilib ki, “Digital.Azerbaijan” İRİA-nın innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edəcək brenddir. Belə ki, İRİA-nın rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi üzrə təşəbbüsləri “Digital.Azerbaijan” brendi altında həyata keçiriləcək.  Gələcəkdə “Digital.Azerbaijan” həm yerli, həm də qlobal miqyasda bütün təşəbbüslər üçün vahid sima rolunu oynayacaq.

İRİA-nın sədri İnarə Vəliyeva təqdim olunan yeni brend haqqında bunları deyib:

Digital.Azerbaijan” İRİA-nın gələcəyə baxışını və ölkənin rəqəmsal inkişafına sadiqliyini nümayiş etdirir. Səyahətimizin bu yeni mərhələsində bizi yeni öhdəliklər və çağırışlar gözləyir. Bununla belə, biz bu yolda sarsılmaz əməkdaşlıq, tərəfdaşlıq və kollektiv səylə qarşıda duran missiyanın və çağırışların öhdəsindən gəlməyə hər zaman hazırıq”.

Qeyd edək ki, “Digital.Azerbaijan” brendi altında “Digital.Academy”, “Digital.finance”, “Mygov”, “Digital.docs”, “Digital.login” və digər məhsul və layihələr üzrə işlər həyata keçiriləcək. Bununla yanaşı, Agentliyin brendə uyğun yenilənmiş veb-saytı yaxın zamanlarda təqdim olunacaq.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.