Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu 15” layihəsinə qeydiyyat başladı.
“İş klubu” layihəsinə məzunlar, işsiz və işaxtaranlar şəxslər müraciət edə bilərlər.
Layihə 2 həftə müddətində 6 dəfə olmaqla davam edəcək.
Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur.
Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 10 Noyabr 2023-ci il
Layihənin başlama tarixi: 13 Noyabr 2023-ci il
Qeydiyyat linki: https://forms.gle/bquTJrbqA27rvpck9
Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə bu layihə məhz sənin üçündür!