Home » İstanbul şəhərində keçirilən İslam Bankçılığı Təlimi başa çatmışdır – Foto

İstanbul şəhərində keçirilən İslam Bankçılığı Təlimi başa çatmışdır – Foto

by ulviyya
0 rəy 8 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikasında islam bankçılığı kimi alternativ maliyyələşdirmə alətlərinin tətbiqi imkanları, perspektivləri öyrənilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2024-2026-ci il “Maliyyə sektorunun inkişaf strategiyasında” yer alan alternativ (islam bankçılığı, rəqəmsal kreditləşmə və s.) maliyyələşdirmə alətlərinin tətbiqi imkanlarının araşdırılması strateji təşəbbüsündən irəli gələn fəaliyyətlər, İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu çərçivəsində məsələlərin icrası və McKinsey şirkəti tərəfindən hazırlanan “Sosial iqtisadi inkişafın maliyyələşməsi” layihəsində qeyd edilən alternativ maliyyələşdirmə imkanlarının araşdırılması, eyni zamanda AMB tərəfindən islam bankçılığı ilə əlaqədar yaradılan İşçi Qrupu və s. fəaliyyətlərin davamı olaraq İstanbul şəhərində keçirilən İslam Bankçılığı Təlimi 20 sentyabr 2024-cü il tarixində başa çatmışdır.  

Sentyabrın 16-dan başlayaraq 5 gün davam edən təlim Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının, Türkiyə Banklar Birliyinin (TBB) və Türkiyə Katılım Bankları Birliyinin (TKBB) təşkilatçılığı ilə, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) dəstəyi ilə keçirilmişdir. Təlim Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan hüquqşünas, komplayens və satış sahəsi üzrə rəhbər şəxslər üçün nəzərdə tutulmuşdur. 

Bir neçə modul və aidiyyəti sahə üzrə mövzularda keçirilən təlim çərçivəsində iştirakçıların nüfuzlu banklara ziyarəti təşkil edilmiş, eyni zamanda onlara proqramın sonunda sertifikatlar verilmişdir.  

Xatırladaq ki, cari ildə ABA rəhbər heyəti Özbəkistan Banklar Assosiasiyasının ev sahibliyi etdiyi ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında iştirak etmiş və maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması mövzuları eyniadlı konfransda müzakirə edilmişdir.

Bundan əlavə, ABTC təşkilatçılığı, ABA dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.