Home » Kanada və Türkiyə azad ticarət müqaviləsi üzrə danışıqlara başlayıb

Kanada və Türkiyə azad ticarət müqaviləsi üzrə danışıqlara başlayıb

by yunus
0 comments 0 views 1 minutes read

Kanada və Türkiyə azad ticarət sazişinin imzalanması istiqamətində rəsmi danışıqlara başlayıblar.

BBN.az xəbər verir ki, hər iki ölkənin texniki nümayəndə heyətləri müqavilənin əhatə dairəsini və əsas məqsədlərini müəyyənləşdirəcək. Tərəflər qarşıdakı aylarda keçiriləcək danışıqların ilk mərhələsinə hazırlıq işləri aparacaqlar.

Qərar Türkiyənin ev sahibliyi ilə keçirilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karni arasında baş tutan görüşdən sonra açıqlanıb.

Azad ticarət sazişi qüvvəyə minəcəyi təqdirdə, iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi, gömrük maneələrinin azaldılması və qarşılıqlı investisiyaların təşviqi üçün yeni imkanlar yaradacağı gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.