Home » Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”

by Zeyneb
0 comments 2 views 2 minutes read
Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə
daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu “International Investor”
jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank
Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın
kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü
yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
Böyük Britaniyada nəşr olunan “International Investor” jurnalı maliyyə sektorunda
innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal
platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı
sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər qatan məhsul və xidmətlərini
beynəlxalq səviyyədə tanıdır.
Hazırda Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya
bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi
sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə faydalanır. 3
milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə Kapital Bank müştərilərinə
yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və bazarda lider mövqeyini qoruyur.
Kommersiya müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və
risklərin effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü
müəyyənləşdirən əsas faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə
həllərindən tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək
geniş spektrdə xidmətlər təklif edir.
Bununla yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət
sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn layihələr,
tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən sosial proqramlar
Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, cari ildə Kapital Bank “International Investor” tərəfindən “Best Private
Banking Azerbaijan” mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq tanınma
bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət standartlarını və geniş
strateji baxışını bir daha təsdiqləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan  səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.