Home » Keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib

Keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib

by anar
0 comment 0 views 1 minutes read

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən ISO 9000:2015 “Quality management systems. Fundamentals and vocabulary” beynəlxalq standartı əsasında AZS ISO 9000:2024 “Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət” dövlət standartı qəbul edilib.

Məlum olduğu kimi, Keyfiyyəti İdarəetmə Sistemləri (KİS) müəssisə və təşkilatların fəaliyyətini müvafiq sahələr üzrə qanunvericilik və beynəlxalq tələblərə uyğun təşkil etmək, o cümlədən müştəri məmnuniyyətini təmin etmək üçün tətbiq olunan əsas prinsipləri və metodları əhatə edir. KİS-in effektiv tətbiqi və davamlı təkmilləşdirilməsi üçün müvafiq terminologiyanın düzgün anlaşılması və istifadə edilməsi əsas məsələlərdən biridir.

Yeni dövlət standartının tətbiqi keyfiyyəti idarəetmə sahəsində vahid terminologiyadan istifadə etməklə müəssisə və təşkilatlarda digər idarəetmə sistemləri ilə qarşılıqlı əlaqəni təmin edəcək və KİS-in effektiv və səmərəli şəkildə tətbiq edilməsinə imkan yaradacaqdır.

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.