Home » “Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir – Foto

“Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir – Foto

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

05 mart 2024-cü il tarixində “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA), Böyük Britaniya Ticarət Palatasının (BCCA) dəstəyi və “Xəmsə” Sığorta və Təkrarsığorta Brokeri MMC-nin təşkilatçılığı ilə “Sərhədlərin təhlükəsizliyi” çərçivəsində “Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir.

Seminar müasir rəqəmsal dünyada kiberrisklərin və korporativ məsuliyyətin sığorta təminatının aktual problemlərinə həsr olunmuşdu.

Seminara spiker qismində dəvət olunmuş, respublikamızın sığorta sektorunun bir sıra tanınmış nümayəndələri məruzə ilə çıxış edərək tədbir iştirakçılarına öz təcrübələrindən danışdılar, kiberrisklərin idarə olunması və korporativ rəhbərliyin təhlükəsizliyinin təmin olunmasına dair qiymətli məlumatlar və praktiki məsləhətlər verdilər.

Tədbirdə kibertəhlükələr sahəsində baş vermiş son hadisələrdən tutmuş normativ sənədlərin tələblərinə əməl edilməsi, direktorların və vəzifəli şəxslərin risklərinin azaldılması strategiyasınadək müxtəlif səpkili mövzular müzakirə olundu.

Seminarda təşkil olunmuş interaktiv müzakirə panelində tədbir iştirakçılarına sığorta sahəsinin peşəkarları ilə canlı ünsiyyət qurmaq, onlara suallar vermək və işgüzar əlaqələrini genişləndirmək imkanı yaradıldı.

Tədbir iştirakçıları müzakirə olunan mövzunu birbaşa bu sahənin ekspertlərindən öyrənməklə, kiberrisklərin sığortalanması və korporativ rəhbərliyin təhlükəsizliyinin təmin edilməsinə dair çox geniş anlayışlar əldə etmiş oldular.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.