KOBİA və MUSİAD arasında görüş keçirilib

Aprelin 2-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair Dəyirmi Masa çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) prezidenti Abdurrahman Kaan ilə görüşüb.

Görüşdə Agentliyin Türkiyənin müvafiq qurumları, o cümlədən MUSİAD ilə əməkdaşlığı diqqətə çatdırılıb, əlaqələrin inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, 18-21 noyabr 2020-ci il tarixlərində İstanbulda keçirilmiş “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi də nümayiş olunub. KOBİA yanında İctimai Şurada MUSİAD-ın Azərbaycan nümayəndəliyi də təmsil olunur. Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə MUSİAD tərəfindən təşkil olunan Beynəlxaq Biznes Forumun (İBF) Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır