Home » Koreya Respublikası Milli Vergi Xidmətinin rəhbəri ilə görüş keçirilib

Koreya Respublikası Milli Vergi Xidmətinin rəhbəri ilə görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Koreya Respublikası Milli Vergi Xidmətinin rəhbəri Kanq Minsu ilə görüş keçirib.

Görüş zamanı tərəflər iki ölkənin vergi administrasiyaları arasında əməkdaşlıq perspektivlərini müzakirə edib, rəqəmsal texnologiyaların tətbiqi, vergi xidmətlərinin keyfiyyətinin artırılması və vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

DVX rəisi Azərbaycanın vergi sistemində aparılan islahatlar, Xidmətin 2025–2028-ci illəri əhatə edən Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, vergi inzibatçılığında rəqəmsallaşma və könüllü əməletmənin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Kanq Minsu Koreya Respublikasında tətbiq olunan vergi idarəetmə modelləri, rəqəmsal texnologiyaların vergi sisteminə inteqrasiyası və beynəlxalq əməkdaşlıq təcrübələri barədə danışıb.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.