Kraliça II Elizabeth-in dəfn mərasimi hansı qiymətə başa gələcək?

Kütləvi İnformasiya Vasitələri (KİV) və sosial mediadakı şayiələrə görə, Kraliça II Elizabeth-in dəfn mərasiminin xərcləri dövlət tərəfindən ödəniləcək.

BBN.az xarici mətbuata istinadən xəbər verir ki, lakin rəqəmlər etibarlı hesablamalara əsaslanmır və sadəcə şayiələrdən ibarətdir. Qiymət ilə bağlı isə rəqəmlər fantastikdir, söhbət 8 milyondan tutmuş 6 milyard funt sterlinqə qədər maliyyədən gedir.

Kraliçanın dəfn mərasimin xərclərinin miqdarını əks etdirən etibarlı rəqəmlər tapmasaq da, lakin keçmişdəki böyük ictimai dəfn mərasimlərinin qiyməti bugünkü məzənnə ilə 8 milyon funt sterlinq olub. Ancaq Kraliçanın mərasiminin daha böyük olacağını nəzərə aldıqda rəqəmlər daha yüksək olacağı təxmin edilir. Lakin yeni Kral Charles-in tacqoyma mərasimini və bank tətillərinin hər iki gündə iqtisadi təsirlərini nəzərə almadıqda, milyardlarla funt sterlinqin xərclənəcəyi qeyri-müəyyəndir və daha yüksək görünür.

Dövlət dəfn mərasimlərinin qiyməti nə qədərdir?

Böyük Britaniyanın axırıncı dövlət dəfn mərasimi 1965-ci ildə sabiq Baş nazir Winston Churchill üçün edilib. Əsasən belə mərasimlər monarxlar üçün edilir, ancaq ölkənin sayılıb-seçilən şəxslərinə də istisnalar edilə bilir. 

Dəfn mərasiminin xərcləri dövlət tərəfindən ödənilir. Qiymətə isə müxtəlif xərclər daxildir, məsələn, mərasimin özünün qiyməti, hərbi, polis, inzibati xərclər və başqaları. 

Qeyd edək ki, Kraliça II Elizabeth-in dəfn mərasimi bu gün baş tutur, milyonlarla insan dəfn mərasimini, həm hadisə yerində, həm də canlı olaraq izləyə biləcəklər. ABŞ-ın prezidenti Joe Biden və xanımı, Kanadanın Baş naziri Justin Trudeau və xanımı artıq Böyük Britaniyadadırlar və onlar da daxil olmaqla, dəfn mərasimində iştirak edəcək nüfuzlu insanların təhlükəsizliyini təmin etmək üçün xeyli sayda polislər cəlb edilib.

Həmçinin DW Business TV kanalı da dəfn mərasiminin xərcləri haqqında videoçarx hazırlamışdı və onlar da təxmini olaraq yuxarıdakı rəqəmlərdən bəhs edirdilər, ancaq əlavə edirdilər ki, rəqəmlər heç bir etibarlı mənbəyə söykənmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır