Home » Kredit ittifaqları 9 ayı 0,1 milyon manat mənfəətlə başa vurub

Kredit ittifaqları 9 ayı 0,1 milyon manat mənfəətlə başa vurub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat xalis mənfəətlə yekunlaşdırıb. Halbuki, sektor ötən ilin eyni dövründə 0,5 milyon manat zərərlə fəaliyyət göstərmişdi. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu, kredit ittifaqlarının maliyyə nəticələrində müsbət dönüşü göstərir.

Hesabat dövründə:

• gəlirlər 1,7 milyon manat olub (illik 6,3 % azalma)
• xərclər 1 milyon manat səviyyəsində qalıb
• xüsusi ehtiyatlara ayırmalar 0,6 milyon manat təşkil edib (2 dəfə azalma)
• mənfəət vergisi ödənişləri olmayıb

Oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Aktivlərin 11,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Kredit portfeli son bir ildə 1,8 % genişlənib.

Sektorun öhdəlikləri 18,2 % azalaraq 2,7 milyon manata düşüb, balans kapitalı isə 9,6 % artaraq 10,3 milyon manata yüksəlib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.