Home » Kriptovalyuta bazarında eniş: “Bitcoin” yenidən 80 min dolların altına düşüb

Kriptovalyuta bazarında eniş: “Bitcoin” yenidən 80 min dolların altına düşüb

by yunus
0 comments 0 views 1 minutes read

Kriptovalyuta bazarında son sutka ərzində əsasən mənfi dinamika müşahidə olunub.

BBN.az “CoinMarketCap”ə istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib.

“Ethereum”un qiyməti 1,58% azalaraq 2 464,41 dollara, BNB-nin qiyməti isə 2,87% düşərək 695,99 dollara geriləyib.

Daha kəskin ucuzlaşma “Zcash”da qeydə alınıb. Kriptovalyutanın qiyməti 8,49% azalaraq 784,54 dollara enib. “Bitcoin Cash” 3,83%, “Bittensor” isə 3,20% ucuzlaşıb. “Monero” isə əksinə, 0,37% bahalaşaraq 442,81 dollara çatıb.

Qızıl əsaslı kriptovalyutalarda isə cüzi artım müşahidə olunub. “PAX Gold” (PAXG) 0,24% bahalaşaraq 4 640,88 dollara, “Tether Gold” (XAUT) isə 0,27% artaraq 4 632,46 dollara yüksəlib.

Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması son sutkada 2,19% azalaraq 2,65 trilyon dollara düşüb.

Qeyd edək ki, “Bitcoin” ötən gün üç aydan çox müddətdən sonra ilk dəfə 80 min dollar həddini keçərək 81 237,94 dollara qədər yüksəlmişdi. Sonrakı eniş sürətli bahalaşmadan sonra mənfəət realizasiyası və bazarda yeni müsbət katalizatorların olmaması ilə əlaqələndirilir. Analitiklər 80–82 min dollar aralığını “Bitcoin” üçün mühüm müqavimət zonası hesab edirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.