

Mayın 27-də kriptovalyuta bazarlarında “Bitcoin”in qiyməti enib.
BBN.az-ın məlumatına görə, dünyanın ən dəyərli kriptovalyutası olan “Bitcoin” Bakı vaxtı ilə saat 09:30-da “CoinMarketCap” platformasında 0,87% ucuzlaşaraq 108 666 ABŞ dolları səviyyəsinə düşüb.
“Ethereum”un dəyərində də azalma qeydə alınıb. Son 24 saat ərzində bu kriptovalyuta 0,55% dəyər itirərək 2 555 ABŞ dollarına enib. İlk beşlikdə yer alan digər valyutalardan Tether 0,02%, XRP isə 2,50% bahalaşıb. BNB-nin qiymətində isə cüzi – 0,03% artım müşahidə olunub.
Qeyd edək ki, “Bitcoin”in bu il ərzində ən yüksək qiyməti mayın 22-də qeydə alınıb və həmin vaxt 110 min dolları ötüb.