0


Mayın 30-da kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunub
BBN.az xəbər verir ki, mayın 30-da dünyanın ən dəyərli kriptovalyutası olan “Bitcoin”in qiyməti ucuzlaşıb. Bakı vaxtı ilə saat 10:20-də “CoinMarketCap” platformasında “Bitcoin” 1.62% azalaraq 106 040 ABŞ dollarına düşüb.
“Ethereum”un dəyəri də son bir gündə 3.32% azalaraq 2 634 dollar olub. İlk beşlikdə yer alan digər kriptovalyutalardan XRP 3.56%, BNB isə 1.51% ucuzlaşıb.
Qeyd edək ki, “Bitcoin”in bu il ərzində ən yüksək qiyməti mayın 22-də qeydə alınıb və 110 000 dolları ötüb.