Home » Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron sistem vasitəsilə müraciətlərin təqdim edilməsində köməklik göstərmək məqsədilə 3 iyul 2024-cü il tarixindən etibarən Lənkəran şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başlayıb.

Paralel olaraq Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət”, regionlarda isə 1 saylı Sumqayıt və 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.

Bununla yanaşı, “ASAN xidmət”in “Çağrı” mərkəzi, habelə MİDA-nın “Facebook”, “Instagram” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə də vətəndaşlara xidmət göstərilir. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108” nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına cavab tapa bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.