Home » Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb

Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb.

BBN.az xəbər verir ki, Liviya neft hasilatını artıran ölkələr sırasına qoşulub. Ölkənin neft istehsalı 2013-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Liviyanın Milli Neft Korporasiyasının (NOC) rəhbəri Məsud Süleyman bazar günü verdiyi açıqlamada ölkənin xam neft hasilatının gündəlik 1,44 milyon barelə çatdığını bildirib.

“Reuters”in yaydığı məlumata görə, bu göstərici Liviyada 2013-cü ildən bəri qeydə alınan ən yüksək hasilat səviyyəsidir. Siyasi qeyri-sabitlik və infrastruktur problemləri səbəbindən tez-tez fasilələrlə üzləşən Liviyanın neft sektoru bu nəticə ilə son 13 ilin ən güclü göstəricisinə nail olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.