Home » Liz Truss-ın Baş nazir seçilməsindən sonra da funt sterlinq dollardan ucuzdur

Liz Truss-ın Baş nazir seçilməsindən sonra da funt sterlinq dollardan ucuzdur

by bbnadm
0 comments 0 views 1 minutes read

Sentyabrın 5-də sabiq Xarici İşlər üzrə naziri Liz Truss rəqibi Rishi Sunak üzərində qələbə çalaraq Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yeni lideri və Baş naziri seçilib. Lakin, sentyabrın 5-də, yəni bazar ertəsi günü ölkənin pul vahidi funt sterlinq dollar qarşısında yenə də ucuza ticarət edilib. 

BBN.az Reuters-ə istinadən xəbər verir ki, Refinitiv-in data-larına, əsasən funt sterlinq dollar qarşısında 0.14% dəyər itirərək 1.1503-ə çatıb, avro qarşısında isə 0.2% bahalaşıb 86.275 funt sterlinq olub.

Qeyd edək ki, Böyük Britaniyanın yeni Margaret Thatcher-i – hesab edilən 47 yaşlı Truss bazar ertəsi günü hakim Mühafizəkarlar Partiyasının liderlik yarışında 57.4% səs toplamaqla ölkənin 56-cı Baş naziri və partiya lideri seçilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.