Home » Məkkədə Azərbaycan pavilyonu maraqla qarşılanıb

Məkkədə Azərbaycan pavilyonu maraqla qarşılanıb

by anar
0 comments 0 views 1 minutes read

Ölkə stendimizdə Azərbaycanın kənd təsərrüfatı, turizm, sənaye məhsulları və xidmətlər xarici qonaqlara təqdim edilib, ölkəmizin biznes və investisiya imkanları barədə məlumat verilib.

Fevralın 25-27-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində “2-ci Məkkə Halal Forumu” keçirilib. Üç gün davam edən Foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və yerli şirkətlər də iştirak ediblər.

Forum çərçivəsində sərgi də təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi və KOBİA-nın tərəfdaşlığı ilə sərgidə Azərbaycan pavilyonu qurulub. Burada Azərbaycanın kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərib. Azərbaycan pavilyonu sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara ölkəmizdə biznes və investisiya imkanları barədə məlumat verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçirilən “Məkkə Halal Forumu” artıq ikinci ildir keçirilir. Forum qlobal halal bazarın inkişafını dəstəkləmək və bu sahədə əməkdaşlığı genişləndirmək məqsədi ilə təşkil olunur. Forum çərçivəsində dəyirmi masa və müzakirələr, “B2B” görüşlər və s. tədbirlər də keçirilib. 2024-cü ildə keçirilmiş “Məkkə Halal Forumu”na Azərbaycan da daxil olmaqla, 120-dən çox ölkədən 180-dən artıq şirkət və 6 mindən çox iştirakçı qatılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.