Home » Mərkəzi Bank, ABA və ADRA rəhbərliyi arasında görüş keçirilmişdir – Foto

Mərkəzi Bank, ABA və ADRA rəhbərliyi arasında görüş keçirilmişdir – Foto

by anar
0 comments 27 views 1 minutes read

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadov və Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin ADRA-da təşkil edilən görüşündə bankların açıq məkandakı reklamları ilə bağlı məsələlər müzakirə edilib, dövlət qurumu ilə özəl sektorun qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışılıb.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin də iştirak etdiyi görüşdə agentliyin fəaliyyətə başladığı dövrdən müvafiq sahədə sahibkarların işinin xeyli asanlaşdığı vurğulanıb, bankların üzləşdiyi bəzi çətinliklərdən, onların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən görülən tədbirlərdən söhbət açılıb.

Sonda görüş iştirakçıları birgə işçi qrupun yaradılması haqda razılığa gəliblər. Tədbirdə belə görüşlərin gələcəkdə də keçirilməsinin əhəmiyyəti qeyd edilib.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.