“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb”.
BBN.az xəbər verir ki, bu haqda AMB-nin faiz dəhlizinin parametrləri haqqında qərarında qeyd edilib.
“Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır”, – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, bu qərar 19 sentyabr 2024-cü ildən qüvvəyə minir: “Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il oktyabr ayının 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir”.
https://www.facebook.com/MerkeziBank/videos/1294686531940128