1


Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3% ətrafında olacağı gözlənilir.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.