Home » Mərkəzi Bank “PulPal” MMC-nin vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank “PulPal” MMC-nin vəzifəli şəxsini cərimələyib

by Zeyneb
0 comments 4 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsinə 1 000 manat məbləğində inzibati cərimə tətbiq edib.

Qərar qurum tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində aprel ayında aparılmış plandankənar yoxlama zamanı müəyyən olunmuş pozuntular əsasında qəbul edilib. Belə ki, yoxlama müddətində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və əməliyyatlar barədə dolğun məlumatların təqdim olunmaması faktları aşkar edilib.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, “PulPal” MMC-nin vəzifəli şəxsi 1 000 manat məbləğində cərimələnib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.