Home » Mərkəzi Bankda ekspertlərlə növbəti görüş keçirilib

Mərkəzi Bankda ekspertlərlə növbəti görüş keçirilib

by Aytac
0 comments 4 views 1 minutes read

İyulun 23-də Mərkəzi Bankda iqtisadçı ekspertlərin iştirakı ilə növbəti müzakirə görüşü baş tutub. Üç saatdan artıq davam edən görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar və maliyyə sektorunda müşahidə olunan cari trendlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, eyni zamanda, Mərkəzi Bank tərəfindən hazırlanmış yeni maliyyə aləti – hedcinq mexanizmi təqdim olunub. İştirakçılara bu alətin iqtisadiyyata potensial təsirləri, risklərin azaldılmasında oynaya biləcəyi rol və maliyyə sabitliyinə mümkün töhfələri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Mərkəzi Bank ekspertlərlə mütəmadi və konstruktiv dialoqu prioritet hesab edir. Belə platformalar həm ictimai rəyin daha düzgün formalaşmasına, həm də qəbul edilən qərarların şəffaf şəkildə maraqlı tərəflərə çatdırılmasına xidmət edir.

Görüşdə iştirak edən və dəyərli fikirlərini bölüşən bütün ekspertlərə Mərkəzi Bank tərəfindən təşəkkür ifadə olunub.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.