Mərkəzi Bankın sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 13-də Dünya Bankı (DB)və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında iştirak etmişdir.
Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə makroiqtisadi inkişaf və maliyyə sabitliyi istiqamətində görülən işlər üzrə müzakirələr aparılmışdır. Həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq əlaqələri barədə danışılmışdır.
Qeyd edək ki, 12-14 oktyabr 2023-cü il tarixlərində Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığına işgüzar səfər etmişdir.