0


Mərkəzi Bankın nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstan Milli Bankında olub.
Səfər zamanı tərəflər arasında pul siyasətinin həyata keçirilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, eləcə də xarici sektor statistikasının hazırlanması mövzularında praktiki müzakirələr aparılıb.
Görüşdə həmçinin qeyd olunan istiqamətlər üzrə iki qurum arasında əməkdaşlığın təcrübə və məlumat mübadiləsi baxımından genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.