Home » Mərkəzi Bankın son üç iclasda tonu necə dəyişib?

Mərkəzi Bankın son üç iclasda tonu necə dəyişib?

by Zeyneb
0 comments 4 views 2 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti oktyabr iclasında uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlayıb.

Bu barədə bu gün AMB-nin ictimaiyyətə açıqladığı press-relizdə qeyd edilib.

Bildirildi ki, qərarın qəbulunda faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı – 2%-6%, qlobal iqtisadi şərait, daxili makroiqtisadi göstəricilər və pul siyasətinin real sektora ötürücülüyü nəzərə alınıb.

AMB açıqlamasında bildirilir ki, “inflyasiya üzrə risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib və pul siyasəti ehtiyatlı müşahidə rejimindədir”. Bu ton əvvəlki iclaslarla müqayisədə bir qədər ehtiyatlı xarakter daşıyır. İyul iclasında Mərkəzi Bank faiz dərəcəsini 0.25 faiz bənd azaldaraq, “inflyasiya hədəfdə, sabitlik qorunur, yumşalma üçün zəmin var”, bildirmişdi, sentyabrda isə dəyişməz siyasət və neytral ton saxlanmışdı.

AMB iyulda, inflyasiyanın “proqnozla uyğun”, sentyabrda “proqnoz trayektoriyasına yaxın” dediyi halda, oktyabr “proqnozla uzlaşır, lakin təklif amilləri ilə yuxarıya doğru risk var” kimi dediyi görünür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrda aylıq inflyasiya 0.4 faizdən 1.1 faizə, illik 4.9 faizdən 5.7 faizə, orta illik inflyasiya isə 5.6 faizdən 6.7 faizə yüksəlib. (Təqdim etdiyimiz qrafikdə inflyasiyanın son aylardakı trayektoriya yuxarı istiqamət almağa başladığı görünür).

İnflyasiyanın proqnozunda isə kiçik dəyişiklik də var. Oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olması gözlənilir. Bu iyulda baza ssenarisi üzrə müvafiq olaraq 5.7% və 5.3% olacağı gözlənilirdi.

“İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır”- press-relizdə qeyd olunur.

Tənzimləyici bildirir ki, valyuta bazarında isə stabillik qorunur. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 12 ay ərzində 1.8 faiz bəndi azalaraq 29%-ə enib, xarici ticarət balansı isə müsbət olaraq qalır. AMB-ın açıqlamasında qeyd olunur ki, pul bazarındakı aktivlik yüksəkdir, AZIR indeksi isə uçot dərəcəsinə yaxın səviyyədə hərəkət edir.

Artıq son üç iclasa baxsaq, Mərkəzi Bankın son trendi aydın şəkildə göstərir ki, pul siyasəti artıq yumşaldıcı addımlardan ehtiyatlı müşahidə mərhələsinə keçib və növbəti qərar faktiki inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. AMB xəbərdarlıq edir ki, qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə olunacaq.

Xatırladaq ki, növbəti faiz dəhlizi qərarı barədə məlumat 10 dekabr 2025 tarixində ictimaiyyətə açıqlanacaq.

Mənbə: Banker.az

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.