Home » Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda dövlət xərclərinin icrasına dəstək səbəbindən 241 mln. ABŞ dolları həcmində azalmışdır

Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda dövlət xərclərinin icrasına dəstək səbəbindən 241 mln. ABŞ dolları həcmində azalmışdır

by anar
0 comment 1 views 1 minutes read

Cari ildə valyuta bazarında sabitlik qorunmuş, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilmişdir. Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir.

BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, bununla belə ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln.ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalmışdır. Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılmışdır. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.