Home » “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib

by ulviyya
0 comment 3 views 1 minutes read

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 iyul 2024-cü il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda (Qayda) dəyişikliklər edilib. Bu dəyişikliklərlə ötən ilin sonlarından tətbiqinə başlanılan “əlaqəli depozitlər” və “banka aidiyyəti olan şəxslərin depozitləri” anlayışlarının izahları, habelə onların hesablanması ilə bağlı müvafiq dəqiqləşmələr aparılıb.

Qeyd edək ki, Qaydaya dəyişikliklərə görə hazırda tətbiq olunan məcburi ehtiyat normaları üzrə heç bir dəyişiklik nəzərdə tutulmur.

Qaydaya dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/57707) yerləşdirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.