Home » Mərkəzi Bank: 2024-cü ilin I yarısında strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb

Mərkəzi Bank: 2024-cü ilin I yarısında strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dolları olub. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb”.

BBN.az xəbər verir ki, bu haqda AMB-nin bu gün açıqladığı faiz dəhlizinin parametrləri haqda qərarında qeyd edilib.

“Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. İyul ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.94% olmaqla (iyunda 6.75%) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının həcmini azaldıb”, – deyə əlavə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.