Home » Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

by Zeyneb
0 comments 2 views 1 minutes read

AMB-dən verilən məlumata görə, qərar sentyabrın 10-da açıqlanacaq. Xatırladaq ki, Mərkəzi Bank sonuncu dəfə iyulun 23-də uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Bu, son bir ildə ilk azaldılma qərarı olub.

Qurum bildirib ki, cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin qorunması pul siyasətinin yumşaldılması üçün şərait yaradıb. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, həmçinin xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.

Qeyd edək ki, Niderlandın ən böyük maliyyə qruplarından biri olan ING avqust ayının əvvəlində AMB-nin uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırıb. Bundan əlavə, “Trading Economics” beynəlxalq iqtisadi statistika portalı da AMB üzrə yenilənmiş proqnozunda ilin üçüncü və dördüncü rübü üzrə göstəricini 7,25%-dən 7%-ə endirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.