Home » Mərkəzi Bank kreditləşmə fəaliyyətinə dair növbəti sorğunun nəticələrini açıqlayıb

Mərkəzi Bank kreditləşmə fəaliyyətinə dair növbəti sorğunun nəticələrini açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq iqtisadi təhlil imkanlarının artırılması və iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə ictimaiyyətin, o cümlədən aparıcı hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin, sorğuların nəticələri geniş auditoriyaya təqdim olunur.

2022-ci ilin birinci rübündən etibarən Mərkəzi Bank tərəfindən bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanmış və I rüb üzrə sorğu nəticələri Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Sorğu nəticələrinə əsasən cari ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması müşahidə olunur. Standartların yumşaldılmasına təkan verən faktor kimi əsasən bank sektorunda rəqabət çıxış etmişdir. Banklar 2022-ci ilin III rübündə də kredit siyasətinin yumşaldılması və xarici valyutada biznes kreditləri istisna olmaqla bütün kredit növləri üzrə tələbin artmasını proqnozlaşdırmışdır. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2022-ci ilin II rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar:

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.