Home » Mərkəzi Bank tender elan edir

Mərkəzi Bank tender elan edir

by bbnadm
0 rəy 2 baxış 5 dəqiqə oxuma

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı satınalma predmetləri üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

Satınalma predmeti 1: Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofis və Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binası üçün müxtəlif tipli kondisionerlərin və mərkəzi soyutma-isitmə tipli (VRV və ya VRF) sistemin təchizatı və quraşdırılması işlərinin satın alınması;

Satınalma predmeti 2: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması.

2. Tender proseduru 29 dekabr 2022-ci il tarixində saat 15-00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) (bundan sonra – Portal) keçiriləcəkdir.

3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş aşağıdakı məbləğlərdə iştirak haqqlarını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Satınalma predmeti 1: 150 (bir yüz əlli) manat;

Satınalma predmeti 2: 250 (iki yüz əlli) manat.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

– İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

– Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafiq dövlət orqanından arayış;

– Azərbaycan dilində tender təklifi (tender təklifi 29 dekabr 2022-ci il tarixindən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);

– Tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

– İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

– Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

– İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış;

– Tenderin əsas şərtlər toplusuna 2 №-li Əlavədə qeyd edilən formaya uyğun olaraq satınalma predmetləri çərçivəsində cəlb ediləcək əməkdaşların peşəkarlığı və maddi-texniki baza barədə məlumat (hər iki satınalma predmeti üzrə);

– Tenderin əsas şərtlər toplusuna 3 №-li Əlavədə qeyd edilən formaya uyğun olaraq təqdim edilmiş iş təcrübəsi barədə məlumat (hər iki satınalma predmeti üzrə),

– İddiaçıya “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” və “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılıqların (lisenziyaların) surətləri (satınalma predmeti 2 üzrə).

6. İddiaçılar hər bir tender üzrə tender təklifini və tender təklifinin bank qarantiyasını ən geci 28 dekabr 2022-ci il saat 18-00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 20 dekabr 2022-ci il saat 15-00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

7. Satınalmaya başlanma vaxtı:

Satınalma predmeti 1 və 2: satınalma müqaviləsi imzalandığı tarixndən.

8. Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti:

Satınalma predmeti 1: 60 (altımış) təqvim günü müddətində;

Satınalma predmeti 2: 1 (bir) il müddətində.

9. Qiymətləndirmə meyarları:

Satınalma predmeti 1: qiymət və zəmanət müddəti;

Satınalma predmeti 2: qiymət amili.

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.