Home » TCMB faiz qərarı ilə lirə zəifləyib

TCMB faiz qərarı ilə lirə zəifləyib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bugün Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən keçirilən iclasda uçot faiz dərəcəsini 1 faiz bəndi azaldaraq 15%-dən 14%-ə endirildiyi açıqlanıb. Ekspertlərin bəziləri, ölkədə oktyabr ayında qeydə alınan 19.9%-lik yüksək inflyasiya səbəbindən uçot dərəcəsində artımın qeydə alınacağını proqnozlaşdırırdı. Geri qalan hissə isə 100 faiz bəndi endirimin ediləcəyini açıqlamışdı.

Son üç ay ərzində davamlı olaraq endirilən uçot faiz dərəcəsi ölkədə istehlak qiymətləri indeksinin artımı ilə yanaşı, ölkə valyutasının da zəifləməsinə yol açır. Belə ki, gün ərzində 15.5 səviyyəsində dövr edən USD/TRY məzənnəsi Mərkəzi Bankın qərarından dərhal sonra rekord 15.689 səviyyəsinə qədər yüksəlib.

TCMB sədri Şahap Kavçıoğlu ölkədə baş verən yüksək inflyasiyanın səbəblərinin uçot dərəcəsindən çox digər faktorlarla əlaqədar olduğunu bildirib və uçot dərəcəsində artımın yalnız dekabr ayından sonra həyata keçiriləcəyini vurğulayıb.

2021-ci il ərzində dollar qarşısında kəskin dəyər itirən türk lirəsi Yaponiyanın MUFG bankının proqnozlarına istinadən, dəyər itirməyə bir müddət davam edəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.