Home » Mərkəzi Bankın rekord faiz artımı qərarından sonra bu gün Avropa bazarları yüksəlir

Mərkəzi Bankın rekord faiz artımı qərarından sonra bu gün Avropa bazarları yüksəlir

by bbnadm
0 comments 0 views 1 minutes read

Bu gün, cümə günü Avropa bazarları artmağa başlayıb, belə ki, investorlar Avropa Mərkəzi Bankının (AMB) rekord faiz artımı qərarına və ABŞ-ın Mərkəzi Bankının prezidenti (FED) Jerome Powell-in gələcək ilə bağlı şərhinə reaksiya veriblər.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, sentyabrın 8-də AMB daha 75 baza bəndi faiz artımı qərarını elan edib və depozit faiz dərəcələrini 0.75-ə yüksəldib. Bank, həmçinin, 2022-ci ildə inflyasiya ilə bağlı proqnozuna yenidən baxıb və 8.1% olacağını bildirib.

İnflyasiya çox yüksək olaraq qaldığı və uzun müddət hədəfdən artıq olacağı üçün dərəcələri daha da artıracağını gözlədiyini söyləyiblər. 

Həmçinin, FED-in prezidenti cümə axşamı açıqlamasında deyib ki, iş bitənə qədər (ABŞ-ın əmək bazarı güclü qalmağa davam edir-red.) Mərkəzi Bank inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıracaq. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.