Home » İnflyasiya ilə mübarizə aparmaq üçün Avrozonanın faiz dərəcələri rekord səviyyədə artırıldı

İnflyasiya ilə mübarizə aparmaq üçün Avrozonanın faiz dərəcələri rekord səviyyədə artırıldı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avropa Mərkəzi Bankı (AMB) inflyasiya ilə mübarizə aparmaq üçün Avrozonanın faiz dərəcələrini rekord səviyyədə artırıb. Enerji qiymətlərinin yüksəlməsi fonunda regionda qiymətlər son yarım əsrin ən yüksək tempi ilə artır. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, AMB əsas faiz dərəcələrini faiz bəndinin ¾-ü qədər yüksəldib və ilin sonunda yeni artımın olacağı ilə bağlı xəbərdarlıq edib. Bank depozitlər üzrə əsas faiz dərəcələrini 0-dan 0.75%-ə, kreditlər üzrə isə 0.5%-dən 1.25%-ə yüksəldib.

Bank özünün faiz dərəcələrinin son 11 ildən çox müddətə ilk dəfə 2022-ci ilin iyulunda artırmışdı: “Qiymət təzyiqləri iqtisadiyyatda güclənməyə və genişlənməyə davam edir”, – deyə AMB-nin rəsmiləri özünün sonuncu qərarını şərh edərkən deyiblər. 

Qeyd edək ki, Avrostat-ın sonuncu proqnozunda gözlənilirdi ki, avqustda regionda inflyasiya 9.1% olacaq, bu isə iyuldakı 8.9%-dən yüksəlmişdi. AMB isə proqnoz edir ki, 2022-ci ildə Avrozonada inflyasiya 8.1%, 2023-cü ildə 5.5%, 2024-cü ildə isə 2.3% olacaq. Ancaq təbii qazın qiymətlərində tez-tez baş verən dəyişiklikdən dolayı proqnozlarda qeyri-müəyyənlik qalmaqdadır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.