Home » Macarıstanın məşhur şirkətlərindən biri Azərbaycanda yeni zavodunu açacaq

Macarıstanın məşhur şirkətlərindən biri Azərbaycanda yeni zavodunu açacaq

by ulviyya
0 rəy 9 baxış 1 dəqiqə oxuma

Macarıstanın istehsalçısı olduğu “Hell Energy” (Hell enerji içkiləri) şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək və 2025-ci ilə qədər ölkədə yeni zavodunu açmağı planlaşdırır. 

BBN.az xarici mətbuata istinadən xəbər verir ki, bildirilir ki, yeni zavod illik əsasda təxminən 700-800 milyon arasında alüminium içki bankalarını istehsal edəcək. 

Macarıstan Xarici İşlər naziri Péter Szijjártó isə daha əvvəlki açıqlamasında qeyd etmişdir ki, “Hell Energy Group” Azərbaycan bazarına Azərbaycan İnvestisiya Şirkəti ilə əməkdaşlığı çərçivəsində daxil olacaq. Dəyər isə 211 milyon dollardır. 

O, daha əvvəl özünün rəsmi “Facebook” səhifəsində yazırdı ki, son illər ərzində qlobal çətinliklərə rəğmən Macarıstanın ixracı çox yaxşı nəticələr nümayiş etdirir: “Əhali baxımından biz renkinqdə 95-ci olsaq da, ixrac performansına görə dünya renkinqində 34-yük”.  

Nazir bu məsələ ilə bağlı olaraq Azərbaycanlı nazir Mikayıl Cabbarov ilə də görüşəcəyini və detalları müzakirə edəcəyini də əlavə etmişdi: “Bizim üçün Azərbaycan hədəf bazarlardan biridir və əlaqələrimiz isə qarşılıqlı hörmətə əsaslanır. Macarıstan şirkətləri həmişə onların əməliyyatlarında əla nəticələr nümayiş etdirib”.  

Qeyd edək ki, mənbələrdən birinin BBN.az nəşrinə bildirdiyinə əsasən Macarıstanın Azərbaycanda bir il öncə təyin olduğu səfiri cənab Tamás Torma da adıçəkilən məsələ ilə bağlı planlarının olduğunu qeyd edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.