

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 24 yanvar 2025-ci il tarixində saat 14:30-da Mərkəzi Bankın inzibati binasında iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol Xəritəsi və İşçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində il ərzində görülmüş işlər, 2025-ci il üzə Fəaliyyət Planının və “Maliyyə xidmətləri” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin layihələri, habelə “Bussiness Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə cavablandırılmış sorğunun nəticələri üzrə müzakirələr aparılacaqdır. İclasda həmçinin İşçi qrupunun iclasının qərarlarının icra vəziyyətinin müzakirə edilməsi nəzərdə tutulur.