2
“Dünya neft və qaz bazarında qiymət konyukturası və digər gəlirlər nəzərə alınaraq hökumətin makroiqtisadi proqnozları yenilənib”.
BBN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri bildirib ki, 2024-cü ildə dünya bazarında neftin bir barrelinin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan 27.3 ABŞ dolları çox olub: “ÜDM 121.3 milyard manat və ya əvvəlkindən 3 milyard manat çox proqnozlaşdırılıb. Yenilənmiş proqnozlar cari ilin dövlət büdcəsinə də dəyişikliyi zərurətə çevirib”.