Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

24 may 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

                  İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növüKuponlu, uzunmüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0110002950
Emissiya həcmi10 000 000 manat
Nominal dəyəri100 manat
İstiqrazların tədavül müddəti2548  gün
Faiz ödənişləri (olduqda)9 avqust 2022-ci il, 7 fevral 2023-cü il  8 avqust 2023-cü il, 6 fevral 2024-cü il 6 avqust 2024-cü il, 4 fevral 2025-ci il 5 avqust 2025-ci il, 3 fevral 2026-cı il 4 avqust 2026-cı il, 2 fevral 2027-ci il 3 avqust 2027-ci il, 1 fevral 2028-ci il 1 avqust 2028-ci il, 30 yanvar 2029-cu il
Faiz gəliri6.0 %
Ödəmə tarixi30.01.2029
Anderrayter                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır