3


““Maliyyəçisən” proqramı çərçivəsində təcrübəçilərlə yanaşı mentorların da davamlı inkişafına xüsusi diqqət yetiririk”.
BBN.az xəbər verir ki, bu haqda Mərkəzi Bank-dan bildirilib.
“Bu səbəbdən də mentorluq və kouçinq mövzusunda keçirdiyimiz sessiya vasitəsilə mentorlarımızla təcrübə proqramında tətbiq edə biləcəkləri yeni yanaşma və səriştələrə dair məlumatları bölüşdük. Görüşdə həmçinin ilk təcrübə ayının yekunlarını da müzakirə etdik.
Addımı Mərkəzdən başlayan gənclərimizə ən dəyərli təcrübəni təqdim etmək üçün əzmlə çalışırıq!”.