Home » Maliyyə Nazirliyinin (1092 gün) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin (1092 gün) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

30 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070114 ISIN-li, 120 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9609 (9.24%) manat və 96.7791 (7.7233%) manat olan 49 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8006(8.8999%) manat, orta ölçülmüş qiyməti isə 94.8028 (8.4989%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 111,388,900 manat, yerləşdirilmiş həcmi isə 81,883,300, manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 27.04.2027-ci ildir. Hərrac iştirakçıları 1 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.