Home » Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək

Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək

by yunus
0 comments 0 views 1 minutes read

Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək.

BBN.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir. Təklif olunan dəyişiklik malların saxlanması və bu sahədə xərclərin azaldılmasına yönəlməklə, malların saxlancının gömrük orqanının icazəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən anbarlarda və gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində həyata keçirilməsi imkanını müəyyən edir. Bu dəyişiklik xarici ticarət iştirakçıları üçün mühüm əhəmiyyətə malik olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.