
BBN.az bankların 2026-cı ilin iyul ayı üzrə təklif etdikləri depozit faizlərini araşdırıb.
Hazırda banklar arasında 1 illik manat əmanətləri üzrə ən yüksək faiz dərəcəsi 11,25% təşkil edir. Bu gəlirlilik Bank VTB və Bank of Baku tərəfindən müddətin sonunda faizlərin götürülməsi şərti ilə təklif olunur. Aylıq faiz ödənişi seçildikdə isə maksimal gəlirlilik 10,75%-dir.
Qeyd edək ki, Azərbaycanda milli valyutada yerləşdirilən əmanətlər üzrə vergi güzəştləri qüvvədədir. Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək müddətə yerləşdirdiyi depozitlər üzrə aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Eyni zamanda, 18 ay və daha uzun müddətə yerləşdirilən milli valyuta depozitləri üzrə faiz gəlirlərinin tam məbləği 3 il müddətinə gəlir vergisindən azad edilir.





