6


01 may 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.
BBN.az xəbər verir ki, məlumata əsasən həmin günü maliyyə sabitliyinə dair təqdimat və mətbuat konfransı da keçiriləcəkdir.
Xatırladaq ki, cari ilin martın 28-də AMB İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.