Home » Meta və IBM süni intellekt üçün güclərini birləşdirir

Meta və IBM süni intellekt üçün güclərini birləşdirir

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sosial media nəhəngi Meta, süni intellektdə açıq mənbə proqram təminatını dəstəkləyən bir sənaye təşkilatı olan AI Alliance yaratmaq üçün IBM ilə iş ortaqlığı edəcək. Süni intelektin inkişafı və təhlükəsizliyi ilə bağlı narahatlıqlar kiçik tənzimləmələr səbəbindən sürətlə böyüməyə davam edir.

BBN.az xəbər verir ki, bunun üçün ən yeni sektoral həll təşəbbüsü Meta və IBM-dən gəlib. İki şirkət AI Alliance adlı təşkilat yaradıb. AI Aliance-ın üzvləri ilk növbədə AI “etibar və yoxlama” ölçüləri, AI təlimi və açıq mənbəli AI modellərini dəstəkləyən aparat və infrastruktur kimi sahələri inkişaf etdirmək üçün işçi qrupları, direktorlar şurası və texniki nəzarət komitəsi və çərçivələr yaradacaqlar.

Yaradılacaq təşkilat, həmçinin layihə standartlarını və təlimatlarını müəyyən edəcək və sonra AI sahəsində dəyərli və uyğunlaşdırılmış işlər görən hökumət, qeyri-kommersiya təşkilatları və qeyri-hökumət təşkilatlarının əsas mövcud təşəbbüsləri ilə tərəfdaşlıq etməyi planlaşdıracaqlar. Meta-nın Qlobal Məsələlər üzrə prezidenti Nick Clegg süni intellektdə təhlükəsizlik işi ilə bağlı deyib: “AI Alliance ilə biz daha çox insanın süni intellektin inkişafında iştirakını, innovativ məhsulların hazırlanmasını və təhlükəsizlik üzərində işləməsini təmin edəcəyik”.

Qeyd edək ki, Meta və IBM-in bu təşəbbüsnə Intel, NASA, Klivlend Klinikası və Yale Universiteti də daxil olmaqla, dünya üzrə 50-dən çox təşkilat və təhsil müəssisəsi qoşulub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.